- 20 iyun, 10:48
- 563 dəfə oxunub
- 0
Vəlahəddin Yunsurov təlimə qatılıb
“Bilesuvarinfo” xəbər verir ki, Bakı şəhərində keçirilən tədbirdə Biləsuvar rayonunu, gender bərabərliyi sahəsində məsul şəxs, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəlahəddin Yunsurov təmsil edib.
Açılış nitqi ilə çıxış edən BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov cəmiyyətdə gender bərabərliyi ilə bağlı mövcud olan stereotiplər və cinsə görə ayrı-seçkilik halları ilə bağlı məlumatları qeyd edib və bu problemlərin qarşısının alınması istiqamətində görülməsi vacib olan tədbirlərdən söz açıb: Ölkədə gender məsələləri ilə bağlı vəziyyəti təhlil etmək üçün müəyyən nazirliklərə, komitələrə və bir sıra şirkətlərə müraciət olunur və artıq müəyyən dövlət qurumlarında gender məsələləri üzrə məsul şəxslər təyin edilib. Diqqətə çatdırılıb ki, gender məsələləri üzrə məsul şəxslərlə keçirilən təlim gələcəkdə müvafiq məsələ ilə bağlı daha dolğun məlumatların alınmasına töhfə vermək məqsədi daşıyır.”
Tədbirdə gender bərabərliyi sahəsində mövcud problemlər müzakirə edilmiş, bu sahədə Birləşmiş Millətlər Təşkilatının tövsiyələri iştirakçıların nəzərinə çatdırılmışdır. Həmçinin, Biləsuvar rayonunu təmsil Vəlahəddin Yunsurov rayonda gender bərabərliyinin mövcud durumu, bu istiqamətdə atılan məqsədyönlü işlərdən və qarşıdan duran vəzifələrdən danışıb.
Qeyd edək ki təlim zamanı iştirakçılara gender bərabərliyi üzrə məsul şəxslərin şəbəkələşməsini hədəfləyən “genderazerbaijan.com” saytından istifadə qaydaları və müvafiq elektron açarların paylanılması həyata keçirilib.
Sonda sertifikatlar təqdim edilib.