- 1 iyun, 17:00
- 453 dəfə oxunub
- 0
Biləsuvar Rayon İcra Hakimiyyəti Bolqarçay çayı ilə bağlı son vəziyyəti açıqlayıb
Biləsuvar Rayon İcra Hakimiyyəti Bolqarçay çayı ilə bağlı son vəziyyəti açıqlayıb.
Bu barədə İcra Hakimiyyətindən "Bilesuvarinfo"ya açıqlama verilib.
Açıqlamada deyilir ki, hazırda Bolqarçay çayındakı suyun səviyyəsi gündəlik normadan yüksək olsa da, Biləsuvar Rayon İcra Hakimiyyətinin aidiyyəti dövlət qurumları ilə birlikdə həyata keçirdiyi zəruri tədbirlər nəticəsində rayonda sel sularının yarada biləcəyi hər hansı bir təhlükəli vəziyyət yoxdur.
Qeyd edək ki, mayın 31-i saat 02:00 radələrində İran ərazisindən böyük su kütləsi Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olub. Sel sularının qarşısının alınması xüsusi qərargah yaradılıb.