- 25 mart, 09:30
- 1 466 dəfə oxunub
- 0
“Yovşan” klinikasının açılışı oldu
“Bilesuvrinfo” xəbər verir ki, “Yovşan” klinikasının açılış mərasimində çıxış edən klinikanın baş həkimi Xoşbəxt Ağayeva klinika haqqında geniş məlumat verib. Bildirib ki, müasir dövrün tələblərinə cavab verən və tibbi avadanlıqlarla təchiz olunmuş özəl tibb müəssisəsində bir çox şöbələr fəaliyyət göstərəcək ki, burada da klinikanın həkimlərindən əlavə xaricdə və respublikanın bir çox xəstəxanalarında çalışan uzman həkimlərimiz də zaman-zaman insanlarımıza xidmət edəcək: “Kollektivin ən böyük məqsədi sağlam gələcəyə ən yaxşı şəkildə və yüksək səviyyədə xidmət göstərməkdir. Bunun üçün də biz, klinikamızda Azərbaycanın seçilmiş həkimləri ilə fəaliyyət göstərəcəyik.”
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və digərləri çıxış edərək tibb müəssisəsinin kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb.
Klinikanın açılışını bildirən rəmzi lent kəsildirkdən sonra tibb müəssisəsinə baxış keçirilib.