- 9 fevral, 20:27
- 467 dəfə oxunub
- 0
Yardımın bu siyahı əsasında gətirilməsi xahiş olunur
"Bilesuvarinfo" xəbər verir ki, təhsil komleksindən açıqlamada bildirilmişdir ki, rayon sakinləri tərəfindən edilən yardımlar kütləvi şəkil alıb, hər kəs bu işdə öz köməkliyini əsirgəməməyə çalışır.
Humanitar yardım aksiyasında yüksək fəallığa görə Biləsuvar sakinlərinə, rayon ictimaiyyətinə minnətdarlıq ifadə olunur.
Həmçinin yardım etmək istəyənlərin nəzərinə çatdırılmışdır ki, ikinci əl geyim və istifadə olunmuş əşyaların yardım məqsədilə göndərilməsi dayandırılmışdır. Yeni təcili ehtiyac siyahısında yardımların bu siyahı əsasında müəyyənləşdirilməsi xahiş olunur. Siyahı belədir :
- Çadır
- Çarpayı
- Generator
- Qızdırıcı
- Döşək
- Yorğan və ya adyal
- Qalın üst geyimi
- Geyim dəsti
- Papaq, şərf və əlcək
- Ayaqqabı
- Corab
- Dərman preparatları və tibbi ləvazimatlar
- Konservləşdirilmiş qidalar
- İçməli su
Səninləyik, Türkiyə!