» » Səmədabad bələdiyyəsi yeni su xəttinin çəkilişinə başladı


Səmədabad bələdiyyəsi yeni su xəttinin çəkilişinə başladı

Səmədabad kəndində əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün işlərə başlanılıb.

"Bilesuvarinfo" xəbər verir ki, yeni yaşayış massivində sakinlərin içməli və texniki su probleminin həlli üçün yeni su xəttinin çəkilişi həyata keçirilir. Ümumi uzunluğu 6000 metrə olan su xətti ümumilikdə burada yaşayan 200 nəfər ailənin ehtiyacları üçün nəzərdə tutulub.

Hazırda ərazidə suyun çəkilişi üçün qazma işləri aparılır, borular birləşdirilərək basdırılır. Nəzərdə tutulan işlər yekunlaşandan sonra Cənub Muğan kanalının üzərinə su paylayıcı nasos quraşdırılacaq. 

Qeyd edək ki, su xəttinin çəkilişini Səmədabad bələdiyyəsi öz maliyyə vəsaiti hesabına aparır. Biləsuvar - Bəhrəmtəpə yolunun ətrafında yaşayan kənd əhalisi də layihədən yararlanıb,  yeni su xəttindən istifadə edə biləcək.  
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR