Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə vakansiyalar elan olunub
Şirvan-Salyan Regional Təhsil İdarəsi ümumtəhsil məktəblərində təsərrüfat müdiri və təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə vakansiya elan edir.
"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar rayonu üzrə bu vəzifə 5 məktəbdə vakanta çıxarılıb.
Vakansiya üzrə tələblər:
Təsərrüfat müdiri və təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə müsabiqədə orta ixtisas təhsilli və ya ali təhsil, 3 ildən yuxarı əmək stajı olan şəxslər iştirak edə bilərlər.
Tələb olunan sənədlər:
1) Şəxsiyyət vəsiqəsi
2) Diplom
3) Əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətləri.
Qeyd edirik ki, işəqəbul müsabiqə və müsahibə yolu ilə həyata keçiriləcək.
Müsahibədə iştirak etmək istəyən namizədlər 23 yanvar tarixindən 28 yanvar tarixinə kimi təsdiqedici sənədləri Şirvan-Salyan Regional Təhsil İdarəsinə təqdim etməklə müraciət edə bilərlər.
Vakansiyalarla bağlı keçid linki:
https://docs.google.com/spreadsheets/d/1JD4EIpT2PneYLXutpMT2iFkqwLZdx3yF/edit?fbclid=IwAR0a0I-sWlOE9KOqrvH87w1miiqb3hrDwKlb-CGrDQwrF_JGmPgGSReF_V8#gid=416556950
Müzakirə edin
Həmçinin oxuyun:

23 iyun 2022, Cümə axşamı
Şirvan-Salyan Regional Təhsil İdarəsi 36 məktəb üzrə direktor vəzifəsinə işə qəbul elan edib - SİYAHI
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.