Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Piyadaların rahat səkisi olacaq


Piyadaların rahat səkisi olacaq

20 dekabr 2022, Çərşənbə axşamı
996
0
Biəsuvar şəhərinin mərkəzi küçələrində piyada səkilərinin əsaslı şəkildə yenidən tikintisində başlanılıb.

“Bilesuvarinfo” xəbər verir ki, ilkin olaraq, Heydər Əliyev, Nizami və 28 may küçələrində piyadaların hərəkəti üçün daha çox narahatçılıq yaradan hissələrində işə başlanılıb.

Biləsuvar Rayon İcra Hakimiyyətindən bildirilmişdir ki, mərhələ - mərhələ bu küçələrdə tamamilə, həmçinin şəhərinin digər küçələrində piyada səkilərinin tam bərpası planlaşdırılıb.

Tikinti işini həyata keçirən təşkilatın iş icraçısı Fəxrəddin Əhmədov görülən işdən məlumat verərkən bildirmişdir ki, bu küçələrdə ümumilikdə 1240 metir məsafədə səki yenidən tikiləcək: “İşlərin keyfiyyətli aparılmasına Biləsuvar Rayon icra Hakimiyyətinin memarlıq şöbəsi tərəfindən ardıcıl nəzarət olunur. Təmiri aparılan səkilərdə öncə qazılıb bərkidilmə işləri aparılır, bort daşları qoyulur və bu işlər tam yekunlaşdıqdan sonra səkilərə asfalt - beton örtüyü vurulacaq. Hazırda 20 - dən artıq işçi nəzərdə tutulan yerlərdə ardıcıl olaraq işin tam keyfiyyəti ilə aparılmasında səylə çalışır.”    

Qeyd edək ki,  Biləsuvar şəhərində piyada səkilərində ciddi nöqsanlar, bəzi yerdə tamamilə keçilməz olması haqqında sakinlər vaxtaşırı olaraq öz gileylərini dilə gətiriblər. Əksər küçələrdə səkilər bərbad olduğundan piyadalar avtomobil yolu ilə hərəkət etməli olur.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan