» » Ulu öndər Heydər Əliyevin anım günü qeyd olundu


Ulu öndər Heydər Əliyevin anım günü qeyd olundu


Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin cismani yoxluğundan 19 il ötür. Bu illər ərzində ildən-ilə gözəlləşən Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə qlobal energetika və nəqliyyat layihələri həyata keçirilir, vaxtilə xəyal hesab edilənlər reallığa çevrilir. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşamaqda, gələcəyə aparan yolumuzu işıqlandırmaqdadır. Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü illər ötdükcə daha dərindən dərk olunur.

“Bilesuvarinfo” xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, Biləsuvar rayonunda da ulu öndər Heydər Əliyevin anım günü qeyd edilib.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Parkına gələrək dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd olunmuşdur ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq və hər zaman dərin ehtiramla yad ediləcəkdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR