Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Şəhid Zaur Seyfullayevin ailəsi ziyarət olunub


Şəhid Zaur Seyfullayevin ailəsi ziyarət olunub

09 oktyabr 2022, Bazar günü
674
0
Bu gün birinci Qarabağ müharibəsi şəhidi Zaur Seyfullayevin anım günüdür.

“Bilesuvrinfo” xəbər verir ki, Biləsuvar şəhərindən olan şəhid Zaur Seyfullayevin anım günü ilə əlaqədar şəhid ailəsi  Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və şəhidin döyüş yoldaşları tərəfindən  ziyarət olunub.

Şəhid ailəsinin ziyarət zamanı şəhid atası ilə söhbətdə YAP Biləsuvar rayon təşkilatının sədri K.Qurbanlı onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman onların yanında olduğunu bildirmişdir. Görüşdə şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından danışılıb. Döyüş yoldaşları adından xatirə şəkli şəhidin atası Əbdüləli Seyfullayevə təqdim edib. Çıxış edənlər onu da vurğulamışdılar ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının yağı düşmənin tapdağından azad edilməsilə, həm də I Qarabağ müharibəsi şəhidlərinin qisasının alınıb.
Qeyd edək ki, Zaur Seyfullayev 1975 – cilin 23 oktyabırında Biləsuvar şəhərində müəllim ailəsində anadan olub. Biləsuvar şəhər, 4 saylı tam orta məktəbi vurduqdan sonra həqiqi hərbi xidmətə gedib. Hələ məktəb   illərindən vətənpərvər hərəkətləri, qeyrətli, xalqını azad görmək istəyən bir gənc kimi tanınan Z.Seyfullayev cəbhənin Tərtər - Ağdam istiqamətlərində uğurlu döyüş yolu keçib. O, 1994-cü ilin 9 mayında düşmənlə qanlı döyüşlərin birində itkin düşüb. 

Biləsuvar rayon Məhkəməsinin 9 oktyabır 1997-ci il tarixli   qərarına əsasən ona şəhid statusu verilib.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan