Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Yenə susdular, cavab Biləsuvar Rayon İcra Hakimiyyətindən gəldi


Yenə susdular, cavab Biləsuvar Rayon İcra Hakimiyyətindən gəldi

21 iyul 2022, Cümə axşamı
891
0
Biləsuvar şəhərində qəzalı rabitə dirəyinin dəyişdirilməsi və xətlərin normal şəkildə çəkilməsi yaxın vaxtlarda  görüləcək. 

“Bilesuvarinfo” da “Xalid Rüstəmov bu təhlükədən məlumatlıdır? ” başlıqlı yazıda Biləsuvar şəhərinin Seyfətdin Rufullayev küçəsində rabitə dirəyinin yaratdığı təhlükədən söz açılmışdır.

Sözügedən problemdən danışmaqla yanaşı, qarşı tərəfin - Biləsuvar Telekomnukasiya  Qovşağından (sorğumuz cavabsız qaldığından) münasibəti verə bilməmişdik.

Üstündən bir müddət keçməsinə baxmayaraq, Biləsuvar Telekomnukasiya Qovşağı problemin həllinə yenə çalışmadı və ya bu haqda heç bir fikir bildirilmədi. Ancaq Biləsuvar Rayon İcra Hahimiyyəti tərəfindən vətəndaşların müraciətinə həssas münasibət göstərilərək, problemin tezliklə aradan qaldırılacağı bildirilib: “Hazırda rayonun telekommunukasiya qovşağının yenilənməsi məqsədilə işlərin həyata keçirilməsinə başlanılmışdır. Şəhərin bir çox küçə və məhəllələrində dirəklər basdırılmış və xətlərin çəkilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, şəhərin S.Rufullayev küçəsində yerləşən rabitə dirəyinin dəyişdirilməsi və xətlərin normal şəkildə çəkilməsi məsələsi yaxın bir neçə günə öz həllini tapacaqdır. Bu barədə Biləsuvar rayon Telekommunikasiya qovşağına müvafiq müraciət göndərilmişdir.”
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan