Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Xalid Rüstəmov bu təhlükədən məlumatlıdır?


Xalid Rüstəmov bu təhlükədən məlumatlıdır?

15 iyul 2022, Cümə
1 771
0
Biləsuvar şəhərinin Seyfətdin Rufullayev küçəsində rabitə dirəyi təhlükə mənbəyidir.

“Bilesuvarinfo”ya bu haqda danışan küçə sakinləri bildirmişlər ki,  yaşadığımız küçədə rabitə dirəklərinin əksəriyyəti qəzalı vəziyyətdədir. Bu dirəyin hər an aşmaq ehtimalı var:” Yol qırağında olan dirkək aşarsa, yaxınlıqda olan mənzilə ziyanla nəticələnər, piyadalara təhlükə mənbəyidir. Biləsuvar rayon Telekomnukasiya Qovşağına  müracətdə, gəlib düzəldəcəyik - desələr də, maraqlanan yoxdur. Qovşağın rəisi Xalid Rüstəmov da problemdən məlumatlıdır.”

Sözügədən müraciətlə bağlı Biləsuvar Telekomnukasiya Qovşağı ilə əlaqə yaratmağa çalışdıq. Qovşağın rəisi X. Rüstəmov bu sorğumuzu cavabsız qoyduğundan, qarşı tərəfin münasibətin verə bilmədik. 
Qeyd edək ki, Biləsuvar şəhəri ərazisində rabitə sistemi əsaslı olaraq yenidən qurulur. Belə ki, küçələrdə fibroptik kabelin çəkilməsi üçün yeni dirəklər basdırılaraq, yeni xətt çəkilib, şəhər ərazisində nəzərdə tutulan tikiti işlərinin 70 faizi tamamlanıb..
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan