27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silah və ağır artilleriyalardan istifadə edərək Azərbaycanın bir sıra yaşayış məntəqələrini, həmçinin hərbi mövqelərini atəşə tutub. Buna cavab olaraq “Dəmir yumruq” adlı əks-hücum əməliyyatı başlayıb, ölkədə hərbi vəziyyət elan olunub və 28 sentyabr Azərbaycanda qismən səfərbərlik elan edilib.
44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 5 şəhər və 4 qəsəbə, ümumilikdə isə 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edilib. Azərbaycan ordusu həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində yerləşən strateji yüksəklikləri də erməni işğalçılarından təmizləyib.
2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyanat imzalayıblar. Sənədə əsasən, həmin ilin 20 noyabr tarixində Ağdam, noyabrın 25-də Kəlbəcər və dekabrın 1-də Laçın rayonları Azərbaycana qaytarılıb.
İkinci Qarabağ müharibəsində Azərbaycanın 2908 hərbi qulluqçusu şəhid ol