"İlhamın sərrast atıcı olması döyüşlərdə özünü göstərdi" » Yerli İnformasiya Agentliyi
» » » "İlhamın sərrast atıcı olması döyüşlərdə özünü göstərdi"

"İlhamın sərrast atıcı olması döyüşlərdə özünü göstərdi"

 
Bu gün birnci Qarabağ müharibəsi şəhidi İlham İsmayılovun doğum günüdür.

“Bilesuvarinfo” xəbər verir ki,  1974-cü ildə Biləsuvarın Ovçubərə kəndində anadan olan şəhid İlham Xanhüseyn oğlu İsmayılov kənd orta məktəbini bitirdikdən sonra  hərbi xidmətə yola düşüb.
İsmayılovlar ailəsi çoxuşaqlı ailə olub. Ailənin böyük qardaş Zəfər İsmayılov deyir ki, İlham ailəmizdə sonbeşik olub. Kəndimizə yaxın ərazidə yerləşən ovçuluq təsərrüfatında keçən günləri onu sərrast atıcı etmişdir, necə deyərlər, quşu gözündən vururdu. Məktəbdə müəlimlərinin və şagird dostlarının sevimlisi olub. Qeyri adi bacarığı, dülgərliyə böyük marağı var idi, hazırladığı əl işləri görənləri heyrərləndirirdi.

Ermənilərin torpaqlarımıza qarşı qəsbkarlıq siyasətinin genişlənməsi, İlhamı möhkəm narahat edirdi, o hələ yaşı çatmamış hərbiyə getməyə cəhd edir, ancaq buna nail olmur. Çox keçmir, 1992-ci ilin sentyabırında hərbi komisarlıqdan həqiqi hərbi xidmətə çağırış vərəqinin gəlməsini sevinclə qarşılayır. Təlimlərdən sonra, Zəngilandan başlayan döyüş yolu keçir, düşmənə  qarşı igidliklə vuruşub.

Həmin dövürdə ölkədəki, hakimiyyət boşluğu, ordunun ayrı-ayrı siyasi qüvvələrin əsirinə düşməsi, Zəngilanın da düşmənə təslim edilməsi gətirib çıxardı.Bundan sonra  İlhamın və döyüşcü yoldaşların xidmət etdikləri hərbi hissə dağılır.

... 1993-ci ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyət başına gələn ümummilli lider Heydər Əlyevin qətiyyəti, üzaqgörən siyasəti ordu quruculuğu işini sürətləndirir. Onun bu zaman çağırışına anında səs verən vətən oğullarından biri İlham olur. Yenidən səngərə qayıdıb düşmənlə ölü-dirim mübarizəsi aparır. Sərhədboyu başlanan uğurlu əks hücüm əməliyyatları nəticəsində düşmən geriyə oturdulur.  1994-cü ilin 27 yanvarı sərrast atıcı İlham üçün son döyüş günü olur. Vətənin qəhrəman, qorxmaz övladı Füzuli rayonu Kərimbəyli kəndi uğurunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.

O, subay idi. Şəhadətindən sonra, adının əbədiləşdirilmısi üçün  doğma kəndlərindəki  tam orta məktəbə onun adı verilib.
Allah şəhidlərimizə etsin! .




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan