Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Bağını suvarmağa çalışırdı, qonşusu bıçaqladı


Bağını suvarmağa çalışırdı, qonşusu bıçaqladı

03 may 2022, Çərşənbə axşamı
959
0
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Bilesuvarinfo” xəbər verir ki, hadisə rayonun Ovçubərə kəndində olub.

Belə ki, 1985 - ci il təvəllüdlü Mirzəyev Səxavət Xalıq oğlu həyətyani sahəsini suvarmaq üçün qonşusunun həyətindən keçən su kanalını qazıb təmizləyirmiş. Bundan xəbər tutan həmin evdə yaşayan 1991-ci il təvəllüdlü Abdullayev Əlizadə Vaqif oğlunun qonşu ilə aralarında mübahisə yaranıb və ona çoxsaylı bıçaq xəsarətləri vurub.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı həkimlər tərəfindən müayinə olunarkən, onun 8 bıçaq zədəsi alması aşkarlanıb. Hazırda üzərində çərrahiyyə əmaliyyatı aparılan S . Mirzəyevin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, rayonda su qıtlığı Ovçubərə kənd sakinlərini narahat edir. Bıçaqlanan kənd sakini də uzun fasilən sonra, suyun veriləcəyi xəbərini eşidib hazırlıq görürmüş.  
****
Xəstənin yerləşdirildiyi səhiyyə müəssisəsində təəssüfedici məqam qeydə alınıb. Çox qan itirən yaralıya qan köçürülməsi üçün istifadə olunan tibbi qan torbaları tapılmayıb. Xəstəyə qan vermək üçün hazırlaşan yaxınları, xəstəxana yaxınlığında fəaliyyət göstərən aptekdə də bu torpanın olmadığından, bir necə dəfə uzaq məsafədə olan  apteklərə üz tutmalı olublar.   
Müzakirə edin

Həmçinin oxuyun:

Suyun qıt vaxtında bu kəndi su basıb
20 aprel 2022, Çərşənbə
Suyun qıt vaxtında bu kəndi su basıb
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan