» » Xalqımız bir daha əmin oldu ki, seçimində yanılımayıb


Xalqımız bir daha əmin oldu ki, seçimində yanılımayıb

Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca səkkisinci seçkinin  keçirilməsindən dörd il ötür. 11 aprel 2018-ci ildə keçirilmiş növbəti prezident seçkilərində xalqımız öz layiqli namizədinə səsini verib, dünyada söz sahibinə çevrilən Lideri özününə rəhbər, inkişaf etməkdə olan dövlətinin xoşbəxt gələciyinin qarantı seçib.

Bu haqda “BİLESUVARİNFO” ya ünvanlanan yazısında,  Masallı rayonu, Xıl kənd tam orta məktəbin direktoru  Xalıq Tağıyev söz açıb. O, seçkidə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin səsvermə hüququna malik olan vətəndaşlarının böyük əksəriyyəti  tərfəindən dəstəklənməsilə qədirbilən və müdrik xalqaımızın doğru seçimindən danışıb: 

- Şəffaf, demokratik şəraitdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,03 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru, müdrik seçim etmişdir.

Xalqın seçimi, Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə  yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir.  Əməli fəaliyyətilə xalqımızın sonsuz sevgisini qazanan prezident İlham Əliyev haqqında böyük fəxarət hissi ilə deyə bilərik ki, müasir Azərbaycan dövlətçiliyinin banisi ümumilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi yola sadiqdir. Azərbaycan xalqı bu seçimdə də xalqın etimadını qazanmış böyük bir lideri prezident seçməklə necə də düzgün və müdrik bir seçim etdiyi sübuta yetirmişdir.

2003-cu ildən Müasir Azərbaycan tarixində, "əsl siyasət konkret real iş görməkdən ibarətdir" deyərək, talehyüklü yeni missiyaları öz üzərinə götürən  cənab Prezident Azərbaycan xalqının, vətəndaşlarının qayğı və problemlərinin həlli üçün əlindən gələnin ən yaxşısını etmişdir.  Yeniden xalqdan etimad mandatı alan Prezident İlham Əliyev rəhbərliyi altında Azərbaycan öz inkişafında keyfiyyətcə təzə bir mərhələyə daxil olmuşdur və bu mərhələdə iqtisadi,siyasi bütün sahələri əhatə edən genişmiqyaslı, fasiləsiz, davamlı islahatlar həyata keçirilmişdir.

 11 aprel - xalqın öz Prezidentinə və iqtidarına inamını, güvənini bir daha rəsmi şəkildə müəyyənləşdirdiyi tarixdir. Bu tarixdə Xalqımız öz layiqli və ədalətli seçimini edərək sabitliyin, dinamik inkişafın, uğurlu daxili və xarici siyasətin dəstəkləndiyini bir daha təsdiqlədi və Prezident İlham Əliyevin seçkidə inamlı qələbə qazanmasını təmin edib. Doğru seçimin qələbəsi Qarabağ Qələbəmizlə  dünya tarixində yer alması, dünya durduqca xalqımızı, millətimizə şöhrət gətirəcək!.

Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin seçkilərdə parlaq qələbə qazanması Azərbaycan vətəndaşlarının sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa səs verməsinin əyani ifadəsidir. Azərbaycan xalqı doğru seçimini etməklə özünün siyasi iradəsini bütün dünyaya bir daha çatdırmış oldu ki, bu qələbə bütövlükdə Azərbaycan xalqının zəfəridir. Lider - xalq birliyinin sarsılmaz olduğunu bir daha sübut edən 11 aprel seçkiləri həm də Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu. 

Bu seçkilərin Azərbaycan xalqı tərfindən “İlhamla irəli!” çağırışı ilə keçirilməsi cənab Prezidentin verdiyi vədlərin tam şəkildə yerinə yetirildiyinin şahiblənir. Dövlətimizin başçısı Azərbaycan xalqına müraciətində qeyd edib: “Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik”.

Həmin tarixi müraciətində Prezidentimiz bu seçkilər, onun əhəmiyyəti, bütövlükdə ölkəmizdə həyata keçirilən siyasət, qarşımızda duran vəzifələr barədə çox dəyərli fikirlər səsləndirdi. Bizim qarşımızda xalq olaraq, həqiqətən də, çox böyük vəzifələr dayanır. Bu vəzifələri həyata keçirmək üçün ölkəmizdə dünya siyasətini daha dolğun, daha praqmatik qəbul edərək onu Azərbaycanın maraqlarına uyğunlaşdırmağa layiq liderin olması vacibdir. Belə bir lider cənab İlham Əliyevdir və xalq da bunu daha aydın şəkildə gördüyündən bu seçkilərdə ona böyük dəstək verdi. 

Prezident İlham Əliyev 19 illik rəhbərliyi dövründə çox ciddi addımlar atıb və atdığı bu addımlarda həmişə milli maraqlarımızı öndə tutub.Buna bariz nümunə olaraq qeyd etməliyik ki 30 ildn artıq müddətdə  erməni işğalına olan bizim doğma torpaqlarımız düzgün aparılmış siyasət, qətiyyət və güclü ordu ilə cənab Prezident İlham Əliyev tərəfindən azad olundu. Bu azrəbaycan xalqının seçkilərdə düzgün və layiqli namizədə səs verdiyini birdaha təsdiq etdi.  Prezidentimiz qərar qəbul edərkən onun üçün bir prinsip önəmli olub, bu da Azərbaycanın milli və dövlət maraqlarıdır.

 Cənab İlham Əliyevin seçki proqramı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası əsasında yeni dövrdə yeni keyfiyyətlə daha da təkmilləşdirilərək tətbiq olunmaqdadır. Prezident İlham Əliyev beynəlxalq miqyasda dünya liderləri içərisində böyük nüfuza sahib olan şəxsdir. Azərbaycan ərazisinin və əhalisinin sayı baxımından kiçik dövlətdir. Amma bu dövlətin başçısı siyasi çəkisinə və nüfuzuna görə beynəlxalq miqyasda kifayət qədər güclü liderlər sırasındadır. Azərbaycan Cənubi Qafqazda lider dövlətdir və regionla bağlı baş verən hadisələrdə, qlobal layihələrlə bağlı məsələlərdə əsas söz sahibi Prezidentimiz İlham Əliyevdir.

 Bu gün Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində əldə edilmiş dinamik iqtisadi tərəqqi və ictimai-siyasi sabitlik cəmiyyətimizin bütün təbəqələrinin maraqlarını ifadə edir. Azərbaycan iqtisadiyyatı liberal əsaslara söykənir, iqtisadi tərəqqimiz dinamik xarakterlidir, dövlətimiz sosialyönümlü fəaliyyətə malikdir və bütün bunlar uzunmüddətli inkişafı təmin edən faktorlar kimi çıxış edir. Azərbaycan dövləti hər bir vətəndaşın və ailənin, bütövlükdə cəmiyyətin himayəçisi qismində çıxış edir, hər bir vətəndaş və ailə öz həyatında dövlətin dəstəyini, diqqət və qayğısını hiss edir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan