Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Bu binaların təmirinə başlanılıb


Bu binaların təmirinə başlanılıb

29 dekabr 2022, Cümə axşamı
1 868
0
Biləsuvar rayonunda icra olunan abadlıq-quruculuq tədbirləri çərçivəsində çoxmənzilli yaşayış binalarının təmiri işləri mərhələli şəkildə davam etdirilir. Hal-hazırda 4 binada  təmir və tikinti işləri uğurla aparılır.

“Bilesuvarinfo” xəbər verir ki, yenidənqurma işləri görülən binalar - Biləsuvar şəhərinin Heydər Əliyev küçəsində yerləşən 9, 11, 12 və Təyyarə meydanı adlanan yeni yaşayış massivində, Qarabağ Müharibəsi şəhidlərinin ailələri və əlillərinin yaşadığı 16 A saylı binadır.

Belə ki, təmir zamanı binaların pilləkən qəfəsləri və fasadları təmir olunur, dağılan bəzi divarlarda suvaq işləri görülür və rənglənir. Binaların giriş bloklarına üzlük daşlar döşənir və dəmir qapılar quraşdırılır.

“Aparılan bu işlər növbəti ildə də davam etdiriləcək. Təmir işləri başlayan gündən rayon rəhbəri mütəmadi olaraq binalarda görülən işlərlə maraqlanır, lazımi tapşırıq və tövsiyələrini verir.” Biləsuvar Rayon İcra Hakimiyyətinin “Memarlıq və tikinti” şöbəsindən bu haqda məlumat verilərkən vurğulanmışdır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan