» » " “Pəncərə” teatrı layiq olduğu yüksək zirvəyə ucalmalıdır! "


" “Pəncərə” teatrı layiq olduğu yüksək zirvəyə ucalmalıdır! "


Həyatda elə insanlar da var ki ,onları tanımaq üçün illəri sərf etmək lazım gəlmir.Tanış olursan və az müddət sonra anlayırsan ki,düşüncəndə o insanın ünvanına asanlıqla nə qədər dəyərli cümlələr toplanıb. Onlar olduğu kimi görünən və göründüyü kimi olan insanlardır. Tanıdığım o insanlardan biri də, istedadlı rejissor, ssenarist, aktyor Cahangir Məlikdir.

Bu fikirlər yazıcı - publisist Ruhiyyə Abbaszadənin öz Facebook səhifəsində, Biləsuvar rayonunda fəaliyyət göstərən “Pəncərə” teatırının rəhbəri Cahahangir Məlik haqqında qələmə aldığı yazıdandır. ”Bilesuvarinfo” həmin yazını təqdim edir.
O, (Cahangir Azadxan oğlu Məlikov) 7 Dekabr 1984-cü ildə qəhrəmanlar yurdu olan Biləsuvar rayonunda dünyaya göz açıb. Şirin Yolçu oğlu adına Nərimankənd orta məktəbinin məzunudur. 2018-ci ildən rəsmi olaraq yaradıcısı olduğu “Pəncərə” teatrının rəhbəri ,rejissoru və aparıcı aktyorudur.10-dan artıq filmin və neçə - neçə serialların rejisorudur Cahangir Məlik. Sevib - seçdiyi sənət yolunda çəkdiyi ağrı - acılara, yaşadığı minbir əziyyətlərə hər zaman gülüb keçən bu teatr adamının əslində çox ciddi xarekteri və mərhəmətli ürəyi var .O söyləyir ki :- " Sevdiklərimin, yaxşı dostların yolunda lazım gəlsə canımdan belə keçərəm. "

Bu kəlmələr onun insanlığa, insanpərvərliyə dostluqda cəsarət və sədaqətə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Mən bu gənc sənətkarla ilk dəfə keçən ilin mayında, Biləsuvar mədəniyyət mərkəzində yaxından tanış olmuşam. O gün tanınmış yazıçı - şair, dostum Günay Ümidin " Qurbanın Qurbanlığı " əsəri Cahangir Məlikin rejissorluğu ilə “Pəncərə” teatrında tamaşaya qoyulmuşdu. Uğurla keçən tamaşadan sonra, söhbətimiz zamanı Günay Ümid belə bir təşəbbüs irəli sürdü ki , yaxın gələcəkdə mənim də vətənpərvər əsərlərimdən biri “Pəncərə” teatrı tərəfindən səhnələşdirilsin. Və, sonra Günay onu da əlavə etdi ki : “ Ruhiyyə, əsərini Cahangır Məlikə təqdim et. Onu bil ki, Cahangir əməl sahibidir, sözundə duran adamdır. Təklifini qəbul etsə verdiyi sözü mütləq tutacaqdır. "

Belə də oldu. Mən “Qisas” hekayəmi Cahangir bəyə təqdim etdim, bəyəndi və əsəri ssenariləşdirib tamaşaya qoyacağına söz verdi.

Tamaşa 8 Dekabr 2022 - ci ildə Biləsuvar mədəniyyət mərkəzində, “Pəncərə” teatrının mükəmməl oyunu ilə yaddaşlarda qaldı.Tamaşaya qoyulan rejissor, ssenarist, aktyor əməyi göz qabağında idi.Tamaşaçıların sürəkli alqışı Cahangir Məlikin və onun rəhbəri olduğu “Pəncərə” teatrının qazandığı yeni uğuru idi. Mən bu uğurun davamlı olacağına inanıram!.

Cünki Cahangir Məlik gənc olmağına baxmayaraq sənətinin fədaisi olan əsl sənətkardır. “Pəncərə” teatrının bu gün qazandığı uğurlarda Cahangir Məlikin danılmaz zəhməti və mübarizliyi vardır. Mən Cahangir Məliki və onun aktyor komandasını daha böyük - böyük səhnələrdə görmək istərdim “Pəncərə” teatrı çoxdan layiq olduğu yüksək zirvəyə ucalmalıdır. Və mən buna qətiyyətlə əminəm. Uğurlar Cahangir Məlik və “Pəncərə” teatrı!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR