Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » "Qisas" adlı yeni tamaşa təqdim edilib


"Qisas" adlı yeni tamaşa təqdim edilib

09 dekabr 2022, Cümə
1 140
0
Biləsuvar rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən "Pəncərə" Teatrı "Qisas" adlı yeni tamaşa təqdim edib. 

"Bilesuvarinfo"nun
məlumatına görə, premyera Mərkəzin tamaşa salonunda baş tutub. 

İlk olaraq Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

"Qisas" tamaşasında müharibədə döyüşərək əsgərlərini itirən komandirin həyat hekayəsindən söhbət açılır. 

Yazıçı-publisist Ruhiyyə Abbaszadənin hekayəsinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Cahangir Məlik, rejissoru İlqar Dadaşov, musiqi tərtibatçısı Rizvan Feyzullayevdir. Tamaşada rolları Cahangir Məlik, Günel Mirzəyeva, Adil Əhmədov, Sevil Abıyeva, Seymur Həsənov, Masallı Xalq Teatrının aktyoru Cəmaləddin Əliyev və başqaları canlandırıb.

Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan