» » "Uşaq hüquqları aylığı" çərçivəsində növbəti tədbir keçirildi


"Uşaq hüquqları aylığı" çərçivəsində növbəti tədbir keçirildi

Biləsuvar rayonunda "Uşaq hüquqları aylığı" çərçivəsində növbəti  tədbir keçirildi.

"Bilesuvarinfo" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 oktyabr-20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" çərçivəsində Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində olan musiqi məktəbinin kollektivləri, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələri, Mübariz İbrahimov adına Biləsuvar şəhər Bağça-Məktəb-Lisey Kompleksinin şagirdləri iştirak etdilər. 

Əvvəlcə Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən uşaqlara eksponatlar izah olundu və Biləsuvar Dövlət Rəsm Qalereyası tərəfindən məktəblilərin çəkdiyi rəsmlərdən ibarət sərgi nümayiş olundu.
Daha sonra Azərbaycanın ərazi bötövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Dövlət Himni səsləndirildi. 

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova vətənimizin, xalqımızın gələcəyi olan gül balaların hüquq və azadlıqlarının müdafiəsinin vacibliyini vurğuladı. Qeyd olundu ki, böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".
Başçının müavini həmçinin uşaqlara diqqət və qayğının göstərilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmağın “Uşaq Hüquqları Aylığı”nın əsas məqsədi olduğunu qeyd etdi.

Vətən müharibəsi şəhidi kapitan Elçin Tağıyevin anası Ayna Tağıyeva çıxış edərək ölkəmizdə hər zaman uşaqlara diqqət və qayğının göstərildiyini və bunun hər bir Azərbaycan vətəndaşının mənəvi borcu olduğunu vurğuladı.  Şəhid anası yalnız nəvələrinin deyil, Vətənimizin bütün gül balalarının nənəsi olduğunu böyük qürur və fəxrlə qeyd etdi. 

Daha sonra tədbir şəhidlərimizin övladlarının və Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində olan musiqi məktəbinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblilərinin, məktəbəqədər təhsil müəssisələrinin, Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksinin şagirdlərinin hazırladıqları kompozisiya ilə davam etdirildi və sonda xatirə şəkli çəkildi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan