Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » "Şəhid ailələrinin kədəri hamımızın kədəridir" - Foto, Video


"Şəhid ailələrinin kədəri hamımızın kədəridir" - Foto, Video

16 sentyabr 2022, Cümə
837
0
Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədimizin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən igid oğullarımızın  qəhrəmancasına şəhid olması bizi dərindən sarsıdır. Hər bir şəhidimizin ailə üzvlərinin, valideyinlərinin dərdinə şərik çıxır, Ulu Yaradandan onlara səbr diləyirik. Şəhid ailələrinin kədəri hamımızın kədərdir...

“Bilesuvarinfo” xəbər verir ki, bu haqda Milli Qəhrəman şəhid gizir Mübariz İbrahimovun atası Hacı Ağakərim İbrahimov danışarkən bidirmişdir ki, xalqımız dünyanın 30 il göz yumduğu ədalətsizliklə barışmyaraq, yüzlərlə qəhrəman övladlarının qanı bahasına öz haqqına sahib çıxdı. Düşmən məğlubiyyətin qəbul edib,  kapitulyasiya aktını imzalayıb: “Ancaq az qala iki il olsun, ermənilər üzərinə düşən öhdəliyə əməl etməyib, yenə qarşıdurmaya səbəb olur. Ən sonda sərhəddə törətdiyi təxribata igid əsgərlərimiz qətiyyət nümayiş etidrmiş, onlara sarsıdıcı zərbəler vuraraq,ciddi itkilərlə geri otuzdurub kifayət qədər geniş hakim yüksəkliklərə sahib çıxıb. Düşmənlərimiz və onaların havadarları, qol - qanad verənləri bilməlidir ki, biz  bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşib, torpaqlarımızın bütövlüyü uğurunda hər an mübarizəyə hazırıq.”

Video​​​
Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan