“Belə olsa, şəhərimizi təmiz saxlaya biləcəyik!.” » Yerli İnformasiya Agentliyi
» » “Belə olsa, şəhərimizi təmiz saxlaya biləcəyik!.”

“Belə olsa, şəhərimizi təmiz saxlaya biləcəyik!.”

Əksəriyyət zibilinə sahib çıxmaq istəmir, zibilini xəllvətcə nəzərdə tutulmayan yerlərə tullayıb, sonra hay-həşir salır:  aləmi zibil basıb, aidyyətı qurumlar öz işini yaxşı görmür, zibili daşımırlar.. .

Bəs kimdir şəhəri zibildən xilas etməli olan təşkilat?. Kommunal Müəssisələri Kombinatıdırsa bu dərəcədə işinini öhdəsindən niyə gəlməsin?. 

“Bilesuvarinfo” gündəmi zəbt edən, Biləsuvar şəhərində zibil tilllantılarının daşınmasında olan çatışmamazlıqlara aydınlıq gətirməyə çalışıb. Bu zibilliklər necə yaranır, daşınılmasında  olan problemləri necə aradan qaldırmaq olar?.
Kommunal Müəssisələri Kombinatının direktoru Ceyhun Həyatov deyir ki,  Biləsuvar şəhərinin təmiz saxlanılmasında mövcud bütün imkanların səfərbər olunmasından, qarşıya çıxan çətinliklərdən danışarkən deyib: “ Bu işlərin şəhər ərazisində tam əhatə olunması üçün görülməli işlərin həcmi çoxdur. Vətəndaşların üzərinə düşən vəzifə - təsərrüfatlardan çıxan zibil tullantılarının daşınması üçün müəssisə ilə müqavilə bağlamasıdır. Qeyd edək ki, hazırda bağlanılan müqavilələr mövcud təsərrüfatların heç 20 faizini əhatə etmir. Odur ki, bəzən qarşıya çıxan xoşəgəlməz mənzərənin aradan qaldırılması üçün Biləsuvar şəhər sakinlərini idarə ilə müqavilələrin bağlanılmasında anlaşmaya çağırırıq. Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən şəhər ərazisindən zibil kontnerlərinə atılan tullantılar mövcud qrafikə uyğun olaraq daşınır. Nəzərə almaq lazımdır ki, bu gün mənzillərdən zibil tullantıları şəhər ərazisində mövcud zibil kontenerlərinə atılır ki, hazırda olan kontenerlərin təlabatı ödəyə bilməməsi, işin həcminin kənar ərazilərdən buraya atılan zibillər hesabına kəskin çoxalması, zibillər daşınılmır!–şikayətinin səslənilməsinə gətirir".

C. Həyatov şəhər ərazisində  Heydər Əliyev, Mübariz İbrahimov küçələrində onlarla yeni zibil kontener meydançasının tikilməsindən danışarkən böyük əksəriyyətin gündəlik məişətindən çıxan zibillərinin nəzərdə tutulmayan yerlərə də atılmasını bidirdi: “Bütün bu zərurəti nəzərə alaraq, Biləsuvar şəhəri ərazisində mövcud bütün küçələrdə zibil tullantılarının daşınılması üçün yeni kontenerlərin yerləşdirilməsini qarşıya məqsəd qoymuşuq. Bunun üçün, Biləsuvar Bələdiyyəsi ilə birgə fəalığımızı artırmaqla qarşıya qoyulan məqsədə nail ola bilərik. Vətəndaşlar məişətdən çıxan zibillərinin daşınılması üçün müqavilə bağlamaqla, bu gün zibil tullantılarının pərakəndə atılmasının qarşısın almış, yaşadıqları küçənin, şəhərin səliqəli qalmasına köməkçi olar. Əgər belə olsa, şəhərimizin təmiz saxlanılmasında öz töhvəmizi vermiş olarıq !.”
Bəs Biləsuvar Bələdiyyəsindən necə düşünülür?. Bələdiyyənin sədr müavini Malik Qədirov bu haqda danışarkən deyir: “Qaydalara əsasən bələdiyyənin fəaliyyəti  olan ərazilərdə bu işi görən aidiyyəti qurum yoxdursa ( red.: kommunal müəssisələri kombinatı ) bələdiyyə ərazidə zibil tullantılarının daşınılması təşkil etməlidir. Ancaq bu fikiri, məsuliyyətdən daşınmaq niyyəti ilə demirəm. Biləsuvar Bələdiyyəsi əhali arasında mütamadi maarrifləndirmə işlərini aparır. Belə bir devizimiz olmalıdır ki, şəhərin təmizliyi bağçadan başlamalıdır, hər bir uşağa aşılanmalıdir ki, oturub, durduğu yeri təmiz saxlamalıdır. Yəni, gənc nəsil böyüdükcə başa düşməlidir ki, bu küçə də mənim həyətimdir, buranı təmiz saxlamaq lazımdır. 

Bələdiyyə olaraq, şəhərin təmiz saxlanılmasında üzərimizə düşən bütün işləri görməyə hazırıq. Günü sabahdan bütün küçələrdən, zibil tullantıları daşınması üçün komisiya təşkil edək. Küçəbə - küçə, ev- ev saikinlərlə görüşək, bütün sakinlərə bir daha izah olunsun ki, zibil tullantılarını hara gəldi atmasın. Onlarla bağlanılan müqavilərə əsasən zibilləri qrafiqə uyğun daşınılsın!. Vur – tut 103 küçəmiz var, bu kimi işlərdə çalışa biləcək - 500 işci də varsa, küçələrimizi niyə təmiz saxlaya bilməyək?. "

Bələdiyyə olaraq digər  küçələrdə zibil konteynerlərinin yerləşdirilməsi üçün yerlərin ayrılmsı və meydancaların tikintisi üçün də hazırıq. Əl - ələ verib, dövlətin yaratdığı və öz imkanlarımız daxilində buna çalışmalıyıq. Biləsuvarı təmiz saxlamaq hər şeydən oncə hər birimizin vətəndaşlıq borcudur."
Biləsuvar şəhər Mənzil İstusmarı Sahəsi 85 binada, 726 sakinə xidmət göstərir. Sahənin rəisi Adıgözəl Məmmədovla Heydər Əliyev prospektində yerləşən ümümi yaşayış binlarında zibil tullantılarının daşınması prosesində rastlaşdıq. Onun sözlərinə görə, müqaviləyə əsasən, zibil tullantıları kommunal müəssisələri kombinatı tərəfindən daşınır: “ Hazırda mövcud binalar üzrə, 15 ünvanda olan zibil konteynerlərindən zibil daşınır. İdarəmizin 20 nəfər əməkdaşı var. Onların iştirakı ilə binaların kanalizasiya lüklarını lehdən təmizlənilməsini, digər işlərini də görməyə çalışırıq”
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan