““ELSA speak” ilə ingilis dilini ana dili kimi anlamağa və danışmağa başla!” layihəsi üzrə yekun qiymətləndirmə keçirilib və layihənin bağlanış mərasimi olub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““ELSA speak” ilə ingilis dilini ana dili kimi anlamağa və danışmağa başla!” layihəsi çərçivəsində yekun qiymətləndirmə keçirilib. Qiymətləndirmə nəticələrinə uyğun olaraq 3 şagird qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Həmçinin layihənin bağlanış mərasimi keçirilib.
Mərasim Salyan rayonu A.Əliyev adına Aşağı Kürkənd kənd tam orta məktəbində baş tutub.
Tədbirdə layihə rəhbəri, layihənin komanda üzvləri, müəllimlər iştirak edib.
Çıxış edən layihə rəhbəri layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd “ELSA speak” mobil proqramını istifadə edərək ingilis dili üzrə kurs təşkil etməklə şagirdlərin ingilis dilini ana dili kimi anlaması və danışması üçün imkanların yaradılmasına dəstək olmaqdan ibarət olub.
Tədbirdə çıxış edən digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin uğurla başa çatdığını qeyd ediblər.
Müzakirə edin
Həmçinin oxuyun:
06 noyabr 2023, Bazar ertəsi
““ELSA speak” ilə ingilis dilini ana dili kimi anlamağa və danışmağa başla!” layihəsinin açılış mərasimi olub
06 fevral 2024, Çərşənbə axşamı
““ELSA speak” ilə ingilis dilini ana dili kimi anlamağa və danışmağa başla!” layihəsinin icrası davam edir
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.






Türkiyə
Pakistan
İsrail
Azərbaycan