Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » ““ELSA speak” ilə ingilis dilini ana dili kimi anlamağa və danışmağa başla!” layihəsinin icrası davam edir


““ELSA speak” ilə ingilis dilini ana dili kimi anlamağa və danışmağa başla!” layihəsinin icrası davam edir

06 fevral 2024, Çərşənbə axşamı
515
0
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““ELSA speak” ilə ingilis dilini ana dili kimi anlamağa və danışmağa başla!” layihəsinin icrası davam edir.

Belə ki, layihənin icra planına uyğun olaraq, məktəb üzrə şagirdlər seçilib, seçilmiş şagirdlər səviyyələr üzrə 2 qrupa ayrılıb, layihənin təşkili üçün avadanlıqlar (planşet, səs gücləndirici və qulaqcıqlar) alınıb. Eyni zamanda “ELSA speak” mobil proqramına giriş üçün şagirdlərə abunəlik əldə edilib, ingilis dili kursu təşkil olunub. Kursun yekunu ilə bağlı yekun qiymətləndirmə və müsabiqə təşkil ediləcək.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd “ELSA speak” mobil proqramını istifadə edərək ingilis dili üzrə 6 aylıq kurs təşkil etməklə şagirdlərin ingilis dilini ana dili kimi anlaması və danışması üçün imkanların yaradılmasına dəstək olmaqdan ibarətdir.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan