Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Elm və təhsil naziri Şirvanda vətəndaşları qəbul edib


Elm və təhsil naziri Şirvanda vətəndaşları qəbul edib

27 oktyabr 2023, Cümə
1 595
0
Oktyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev Şirvan şəhərində vətəndaşları qəbul edib. Qəbulda Şirvan, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar sakinləri iştirak ediblər.  

"Bilesuvarinfo" xəbər verir ki, qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.   

Qəbulda vətəndaşlar müəllimlərin işə qəbulu və yerdəyişməsi, iş yerinin daimiləşməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.   

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan