"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə çıxış edənlər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional işlər barədə məlumat verdilər.
Tədbir iştirakçıları korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər, maraqların toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlər haqda məlumatlandırıldılar.