Məktəbin bir sinfində şagirdlər 100 faizlik nəticə göstərib

Biləsuvarda məktəbin bir sinfində şagirdlər 100 faizlik nəticə göstəriblər.
Bu barədə "Bilesuvarinfo"ya məktəbin direktoru Elşən Ağazadə məlumat verib.
Belə ki, söhbət Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfindən gedir.
Həmin sinfin məzunları yüz faiz nəticə göstərərək hər biri ali məktəbə qəbul olub.
Onlardan bir nəfəri Azərbaycan Dillər Universitetinə, bir nəfəri Bakı Slavyan Universitetinə, beş nəfəri Bakı Dövlət Universitetinə, bir nəfəri Xəzər Universitetinə, beş nəfəri Lənkəran Dövlət Universitetinə, üç nəfəri Dövlət İqtisad universitetinə, bir nəfəri İdarəçilik akademiyasına, bir nəfəri Azərbaycan Dövlət Pedaqoji universitetinə və bir nəfəri Dövlət Sərhəd xidməti akademiyasına
qəbul olub.
Qeyd edək ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbi Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir.
Müzakirə edin
Həmçinin oxuyun:

24 iyul 2023, Bazar ertəsi
Şirvan-Salyan Regional Təhsil İdarəsi məktəblərinin 12 məzunu qızıl və gümüş nişana layiq görülüb

07 yanvar 2023, Şənbə
Respublika Fənn Olimpiadalarının rayon (şəhər) turunun qalibləri - SİYAHI - YENİLƏNİB

23 iyun 2022, Cümə axşamı
Şirvan-Salyan Regional Təhsil İdarəsi 36 məktəb üzrə direktor vəzifəsinə işə qəbul elan edib - SİYAHI
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.