Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Rəqəmsal transformasiya istiqamətində təlimlər keçiriləcək


Rəqəmsal transformasiya istiqamətində təlimlər keçiriləcək

03 aprel 2023, Bazar ertəsi
425
0
Biləsuvar rayonunda rəqəmsal transformasiya istiqamətində təlimlər keçiriləcək.

"Bilesuvarinfo" xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu ilə  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə "Technest" təqaüd proqramı çərçivəsində ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və ölkə bazarında kadr ehtiyaclarını qarşılamaq üçün Biləsuvar rayonunda  rayonunda rəqəmsal transformasiya istiqamətində təlimlərin ilkin seçim  mərhələsinə start verildi. 

Bu layihə çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Start İT təlim-tədris mərkəzinin birgə təşəbbüsü ilə Biləsuvar rayonunda gənclərə İT Helpdesk dərslərinə başlamaq üçün seçim mərhələsi keçirilmişdir.

Test və müsahibə yolu ilə keçirilən imtahanın nəticələri elan olunduqdan sonra 3 ay müddətində təlimlərin davam etdirilməsi nəzərdə tutulmuşdur. 

Təlimin sonunda gənclərin biliyi qiymətləndirilərək beynəlxalq sertifikatla təltif olunması nəzərdə tutulur.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan