Əlbətdəki, daxili siyasətin davamı olaraq beynəlxalq aləmdə hər gün artan nüfuz və bu nüfuzun təkcə dünyadakı dəyərləri əxz etməmizlə deyil, həm də milli dəyərlərimizə söykənərək əldə etdiklərimiz xalqımızın öz tarixi ideallarını gerçəkləşdirmək baxımıdndan da olduqca böyük əhəmiyyətə malikdir. Ulu öndər Heydər Əliyev məhz bu yanaşmanı əsas götürərək deyirdi ki; - “Azərbaycan dünyaya milli və bəşəri dəyərlərlə açılmalıdır”. Artıq o dövr gəlib çatmışdır. Bu gün cənab İlham Əliyevin Qoşulmama Hərəkatının nüfuzlu beynəlxalq təşkilat çevirlməsi yolunda atdığı addımlar yeni dünya düzəninə olan zəruri ehtiyacı şərtləndirən mühüm faktorlardandır. Bundan başqa uzun əsrlərdir dünya ağalığına can atan, humanizm pərdəsi arxasında gizlənən və əslində neokolonialist yanaşmaları ilə yeni əraziləri və “beyinləri” işğal etməyə can atan antibəşəri dövlətlərin, xüsusilə münaqişə ocaqları mövcud olan regionlara selektiv yanaşama nümayiş etdirən “güclər”in məhz dövlət rəhbərimiz, dünya azərbaycanlılarının lideri, türk dünyasının böyük oğlu İlham Əliyevin sayəsində maskalarının yırtılması ölkəmizin artan nüfuzunun sayəsində mümkün olmuşdur. Lakin cənab prezidentin andiçmə mərasimində ifadə etdiyi kimi arxayın olmaq olmaz, çünki o qüvvələr dayanmayacaqlar, öz çirkin niyyətlərini həyata həyat keçirməkdən ötrü hələ çox “çalışacaqlar”. Odur ki, fevral ayının 14-də cənab prezidentin Azərbaycan parlamentinin kürsüsündən ifadə edildiyi kimi; - “Elə bir gənc nəsil yetişdirməliyik ki, onlar daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Onların beyinlərini zəhərləmək istəyəndə heç kim uğura nail olmasın”. Bəli bu gün artıq dünyada güc sahibi olmaq üçün heç də müharibələr etmək, insan qanı axıtmaq mütləq əsas deyil. Həmin regionun, yaxud ayrıca götürülmüş bir ölkənin əhalisinin beynini “ələ almaq”, öz ideoloji silahalrından istifadə etməklə cəmiyyətləri yönəltmək beynəlxalq siyasətin mühüm alətinə çevrilmişdir. Cənab ilham Əliyev andiçmə mərasimində ənənlərimizə sadiqliyimiz, milli dəyərlər üzərində inşa edilən azərbaycanlı ailəsi barədə danışarkən məhz dünyadakı çirkin oyunlara müqavimətimizin istinadgahı kimi bunları nəzərədə tuturdu. Fikirini ifadə edərək qeyd edirdi ki; -“Milli-mənəvi dəyərlər bizim cəmiyyətiizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir”.
Bu gün hər birimiz dövlətimizə, xalqımıza, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə münasibətdə məhz cənab İlham Əliyevin həyat keçirdiyi islahatları, siyasi-ideoloji xətti əsas götürməli, bütün dünyaya dövlət-xalq-iqtidar birliyinin nələrə qadir olduğunu nümayiş etdirməli, cənab prezidentin andiçmə mərasimi zamanı səsləndirdiyi fikirlərin tariximizə qızıl hərflərlə yazılması ilə yanaşı, həm də bu fikirlərin yeni prinsiplər və çağırışlar olaraq həyata keçirilməsindən ötrü bütün qüvvəmizi səfərbər etməliyik.