Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edilib - FOTO


Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edilib - FOTO

04 mart 2024, Bazar ertəsi
3 031
0
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib. 

"Bilesuvarinfo"nun
məlumatına görə, xəstəxananın baş həkim vəzifəsi Asif Əhmədova həvalə olunub.

A. Əhmədov 1986-1993-cü illərdə Azərbaycan TİBB Universitetinin Müalicə profilaktika fakültəsində təhsil alıb.

1994-1998-ci illərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah-onkoloq, 1998-2017-ci illərdə həkim-cərrah-travmatoloq kimi fəaliyyət göstərib.

2017-2021-ci illərdə Poliklinika şöbəsinin müdiri, 2021-ci ildən hazırkı təyinatınadək Sığortanın təşkili və İnnovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bundan öncə baş həkim vəzifəsində Zakir Xammədov çalışıb.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan