» » “Ambulansın hansı vaxta gələcəyi deyilmədi, məcbur olub özümüz sifariş etdik”


“Ambulansın hansı vaxta gələcəyi deyilmədi, məcbur olub özümüz sifariş etdik”

Bu gün səhər saatlarında  atam Əhliman Nadirovun səhhətində yaranmış ciddi problem səbəbi ilə Biləsuvar rayon Mərkəzi xəstəxanasına çatdırdıq. Xəstəxanada həkimlər atama lazım olan ilkin tibbi yardımı göstərdilər. Müayinələrdən sonra, ona  miokart infaktı diaqnozu qoyuldu və müalicəsinin təcili Bakı şəhərində ixtisaslaşmış səhiyyə ocağında davam etdiriliməsi bildirildi.

“Bilesuvarinfo” ya bu haqda danışan Əhliman Nadirovun oğlu Mürsəl Nadirov əlavə etmişdir ki, həkimlər bu qərarı verərkən saat 12:00 radələri idi: “Bu zaman xəstəxanadan bildirildi ki, hazırda xəstənin aparılması üçün lazım olan ambulans yoxdur.  TƏBİB - dən bildirildi ki, ambulansın göndərilməsi üçün müraciət olunub, göndəriləcək. Ancaq, çox təəssüf ki, ambulansın hansı zamanda gələ biləcəyi barədə heç bir məlumat verilmədi. Sadəcə, hansı vaxtda mümkündürsə, bu vaxta da gələcək - deyildi. Bizi  atamızın səhhətindəki problemin ciddiliyi rahat buraxmadı, məcbur olub, maddi çətinliklə də olsa özəl xəstəxanalardan birinə ambulans sifariş etməli olduq.”
   
Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamira Adilova açıqlama verib. O, bildirib ki, sözügedən xəstənin vəziyyəti ağır olduğu üçün profilli təchiz olunmuş ambulans xidməti təklif olunub və bunun üçün aidiyyəti üzrə müraciət olunub. Xəstə yaxınları özəl tibb müəssisəsinin ambulansı ilə təxliyyə prosesinin reallaşdırılacağını bildirərək, əlavə ambulansın çağırılmasından imtina edib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR