» » Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası


Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.        Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin müqəddəs Qurtuluşun işığından qaynaqlanan ideyaları artıq neçə illərdir ki, uğurla həyata keçirilir. Bu ideyaların ən başlıca məqsədi xalqa, dövlətə sədaqətlə xidmət etmək, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaqdır. Bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Xalq Heydər Əliyevi öz milli xilaskarı və öndəri seçdi. Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. 9 iyun 1993-cü il tarixində xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da Ali Sovet xalqın Heydər Əliyevdən gözlədiyi missiyanı rəsmiləşdirdi. 1997-ci ildə isə Azərbaycan Respublikasının Milli Məclisi bu missiyanın Milli Qurtuluş missiyası olmasını təsbit etdi.
       Tarixi baxımdan o qədər də böyük olmayan son illər ərzində dövlətimizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında misilsiz dəyişikliklər baş verib. Bundan ötrü  Azərbaycan regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsinin yekunlarına, yeni Dövlət Proqramının reallaşdırılması prosesinə  diqqət yetirmək kifayətdir. Bu illər ərzində iqtisadiyyatın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, şəhər və kəndlərin abadlaşdırılması və müasirləşdirilməsi sahələrində elə nailiyyətlər qazanılmışdır ki, bunları əvvəlki illərdə müşahidə etməmişdik. İndi razılıqla qeyd etmək olar ki, Heydər Əliyevin qurduğu təməl üzərində yeni-yeni tədbirlər həyata keçirilir, müstəqilliyimizin qorunmasına çox mühüm önəm verilir.
         Biz inanırıq ki, xalqımızın nailiyyətləri bundan sonra daha da möhkəmlənəcək, müstəqil respublikamız öz qüdrətini artıracaqdır. Biz daha güclü dövlətə çevriləcəyik, heç kəsdən nə siyasi, nə də iqtisadi asılılığımız olmayacaq. Əslində belə asılılıq indi  yoxdur, möhtərəm Prezidentimiz bunu dəfələrlə bəyan etmişdir. Müstəqilliyimizin başlıca göstəricisi də məhz budur. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın.
         Yenə də təkrar edirəm ki, xalqımız 1993-cü ildən sonrakı tariximiz ərzində görülən işlər əııəllər heç vaxt görülməyib. Buna görə də bizim nəslin insanları, övladlarımız, bütün Azərbaycanın oğul və qızları dövlətimizi göz bəbəyi kimi qorumalı, yaşatmalı və inkişaf etdirməlidirlər. Unutmayaq ki, bizim bu günümüz kimi, sabahımız da dövlətçilk uğrunda mübarizədən qida alıb, bu mübarizəni davam etdirərək daha da irəli gedərək, suverenliyimizi və azadlığımızı daha da möhkəmləndirməyliyik.

Hafiz Cavadov, 
YAP Cəlilabad rayon Təşkilatının sədr müavini
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR