Ölkəmizdə iş yerlərinin sayının çoxaldılması sahibkarlıq mühütünün formalaşmasından aslıdır. Bunun üçün və sosial-iqtisadi yönümlü qanun və digər normativ-hüquqi aktların layihələri hazırlanması sahikarlıq subyektlərinin səmərəli fəaliyyətini sürətləndirir.
“Bilesuvarinfo” xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən rayonda yeni yaradılan tikiş fabrikinin fəaliyyəti dəstəklənir.
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov müəssisədə olaraq, kollektivi ilə görüşüb. O, yeni istesal sahəsində insanların işlə təmin olunmasının önəmini xüsusi vurğulayaraq, onlara fəalyyətində uğular arzu edib.
Görüşdə sahibkar Cəmil Əzizalı fəaliyyətləri haqqıda danışarkən bildirib ki, 1000 m²-lik istehsalat sahəsinə malik fabrikdə ilk vaxtlar 15-25 nəfərlik işçi heyəti fəaliyyət göstərəcək. Gələcəkdə fabrikdə işçi sayının 70-80 nəfərə qədər artırılması gözlənilir.
İcra başçısı F. Qürbətov tikiş fabrikinin istehsal prosesi ilə tanış olub, kollektivlə xatirə şəkli çəkdirib.Qeyd edək ki, müəssisə yaradılan ilk gündən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Biləsuvar rayon nümayəndəliyi sahibkarla davamlı görüşüb, ona fəaliyyətinə mövcud dövlət dəstəyi haqqında məlumatlandırılıb. Bu məqsədlə Əmək və Əhalinin Müdafisəi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə əlaqələndirmə aparılaraq fabrikdə peşə hazırlığı kursları təşkil edilib. Sahibkara 50 000 AZN güzəştli kreditinin (SİF vəsaiti) ayrılmasındadəstək göstərilib.

