Azərbaycan Ordusunun Zəngilan istiqamətində mövqeləri atəşə tutulub, bir hərbçi yaralanıb

"Bilesuvarinfo"nun məlumatına görə, hadisə fevralın 12-si saat 13:37 radələrində baş verib.
Məlumata əsasən, atəş Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb:
“Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Bu, Ermənistanın növbəti təxribatıdır və buna görə məsuliyyət tam şəkildə rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Müzakirə edin
Həmçinin oxuyun:

13 sentyabr 2022, Çərşənbə axşamı
Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.