» » AXCP yarandığı kimi dağılmaqdadır


AXCP yarandığı kimi dağılmaqdadır

Son günlər AXCP-dən qopmalar yenidən geniş vüsət alıb. Sanki  bir müddət öncə rəsmi qeydiyyat üçün "dəridən-qabıqdan" çıxan AXCP heç nəfəsini dərməmiş sürətlə  siyasət  qayalıqların dibinə yuvarlanır. Mövcudluğunu yalnız böhtan atmaq, şər danışmaq, təkcə ölkəmizdə deyil,  bütün dünyada baş verən hadisə və proseslərə özlərinin dar dünya baxışı bucağından yanaşan AXCP-ni bu dəfə haqlayan ilahi hikmətdir.  Bu partiyanın  baş bilənləri bir həqiqəti unutmuşlar. Unutmuşlar ki, sıralarında "birləşən" insanlar arasında  ağa ağ, qaraya qara deməyi bacaran insanlar ölkəsindəki siyasi reallıqları düzgün dərk edərək AXCP kimi təşkilatdan gec ya tez gedəcəklər. Saxta parıltılı "ideyalar" nəhayətdə ifşa olunacaq. İndi baş verənlər də məhz bu həqiqətin sübutudur.

Yeri gəlmişkən indi sosial şəbəkələrdə, digər internet resurslarında AXCP-dən qopmaları payızda ağacların yarpaq tökümünə bənzədirlər. Amma əbəs yerə. Payızda ağaclardan qopan yarpaqlar möhtəşəm təbiət hadisəsidir. İl ərzində yarpaqlanan, çiçək açan ağaclar təbiətə də, cəmiyyətə də öz xidmətini göstərib, indi sanki dincliyə qovuşlar. Qış bitəcək, yaz gələcək və insanlanları sevindirən əsrarəngiz təbiət hadisəsi daha böyük şövqlə təkrar olunacaq. Ağaclar yarpaq və çiçək açacaq, meyvəsilə, kölgəsilə təbiətədə, cəmiyyətdə yenidən gözəllik qatacaqlar. AXCP-dən qopmalarsa, bu təşkilatın yaranmasının da, mövcudluğunun da  nə cəmiyyətimizə, nə bəşəriyyətə aidiyyatı olmayan,  bənzəri, təkrarı olmayan qarşısıalınmaz, geriyə dönməz gerçək siyasi hadisədir ki, gec ya tez baş verməliydi. 
Kamil Qurbanlı,
YAP Biləsuvar rayon təşkilatının sədri
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR