- 3 oktyabr, 21:02
- 526 dəfə oxunub
- 0
Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan saxlanılıb
"Bilesuvarinfo" xəbər verir ki, bu şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.
Qeyd edək ki, 2020-cil sentyabrın 27-də Vətən müharibəsini qələbə ilə bitməsindən sonra üçtərəfli bəyanata əsasən həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edib.
Bundan sonra Azərbaycan öz qətiyyətli addımlar ataraq separatçıların bütün məkrli planlarını darmadağın edib.
19-20 sentyabr tarixlərində ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq özü buraxmağa məcbur edilib.
Həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.