» » Prokuror Mahir Quliyevə 12 il həbs cəza istəyib


Prokuror Mahir Quliyevə 12 il həbs cəza istəyib

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Bilesuvarinfo" xəbər verir ki, bu barədə "Report"a onun vəkili Leyla Məmmədova deyib.

O bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib: "Prokuror çıxışında M.Quliyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Daha sonra müdafiə çıxışı üçün məhkəmədən vaxt istədim. Prosesdə fasilə elan olunub. Günün ikinci yarısından sonra məhkəmə iclası davam edəcək".
Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
O, 2020-ci il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

XƏBƏRLƏR ŞÖBƏSİ
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər:

SON MƏQALƏLƏR