"BILESUVARİNFO" xəbər verir ki, Türkiyənin ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, qardaş ölkədə zəlzələdən zərərçəkənlərə bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər müxtəlif ünvanlarda yardımlarını çatdıra bilərlər.
Eyni zamanda, Türkiyənin Azərbaycandakı səfirliyi və Naxçıvandakı baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib. Müraciətdə bildirilib ki, zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar lazımdır.
Yardımlar Bakıda “Doğtaş” mebel mağazasında toplanır.
Bundan başqa, əşyalar şəxsən və ya karqo yolu ilə Naxçıvandakı baş konsulluğa çatdırıla bilər. Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev prospekti, 17-dir.
Xatırladaq ki, qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün Türkiyədə bir həftə matəm elan edib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Zəlzələdən 10 vilayət zərər çəkib. Son məlumatlara görə, 3549 nəfər ölüb, 22 mindən çox insan yaralanıb, 5775 bina çöküb.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.
Zəlzələ ilə bağlı öz dəstəyini göstərmək istəyənlərə Ziraat Bank Azərbaycanın məlumatını çatdırırıq. Belə ki, Bank baş vermiş təbii fəlakətlə bağlı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) yardım köçürmələrinin komissiyasız icra edilməsi haqqında qərar qəbul etmişdir.
Hesab Adı: | T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı |
Alıcı Bank: | T.C. ZİRAAT BANKASI A.Ş. |
Alıcı Filial: | ANKARA KAMU KURUMSAL ŞUBESİ |
TL hesabı : | TR 73 0001 0017 4555 5555 5552 04 |
USD hesabı : | TR 46 0001 0017 4555 5555 5552 05 |
EUR hesabı: | TR 19 0001 0017 4555 5555 5552 06 |
Bankın SWIFT Kod № : | TCZBTR2A |