Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Şəhid Elvin Şahmarlının 21 yaşı tamam oldu


Şəhid Elvin Şahmarlının 21 yaşı tamam oldu

15 fevral 2023, Çərşənbə
1 778
0
Bu gün şəhid Elvin Şahmarlının doğum günüdür.

"Bilesuvarinfo" xəbər verir ki, şəhidin ad günü münasibətilə rayon içtimaiyyətinin nümayəndələri qəhrəmanın sakini olduğu Əliabad kəndində olub.

YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları və şəhid valideyinləri Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Şəhid Şahmarlı Elvin Malik oğlunun valideyinləri ilə görüşüb. 
Şəhidimizin anadan olmasının 21-ci il dönümü münasibətilə kənd qəbristanlığındakı məzarını ziyarət olunub. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmət və şücaətindən bəhs ediblər.

Tədbirdə şəhid atası göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə  təşşəkürünü bildirib. 

Qeyd edək ki, Elvin Malik oğlu Şahmarlı 15 fevral 2002- ci ildə Biləsuvar rayonu Əliabad kəndində anadan olub. O, Əliabad kənd tam orta məktəbində orta təhsil aldıqdan sonra hərbi xidmətə yollanıb.Vətənmüharibəsində  Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşub və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əliabad kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Elvin Şahmarlı ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Müzakirə edin

Həmçinin oxuyun:

Daha üç şəhid anıldı
13 oktyabr 2022, Cümə axşamı
Daha üç şəhid anıldı
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan