- 6 noyabr, 14:28
- 461 dəfə oxunub
- 0
Şəhid İlkin Məmmədov anılıb
"Bilesuvarinfo" xəbər verir ki, şəhidin anım mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işcisi Ziya Qurbanov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ictimaiyyət nümayəndələri iştirak edərək şəhidimizin əziz xatirəsini ehtiramla anıb, valideyinlərinə başsağlığı veriblər.
Qeyd edək ki, Məmmədov İlkin Fərhad oğlu orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və hərbi xidmətə olarkən başlayan Vətən müharibəsində iştirak edib. O, Vətən müharibəsində qəhrəmanlığı, şəxsi şücaəti ilə seçilib. Sentyabrın 29-da Xocavənd uğrunda döyüş tapşırığını yerinə yetirərkən ağır mərmi yaraları alıb. Hərbçimiz həkimlərin səylərinə baxmayaraq, 2020 - ci ilin noyabr ayının 6 - da şəhadətə yüksəlib.
Bəydili kənd qəbristanlığında dəfn olunan şəhid İlkin Məmmədov Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!