- 18 sentyabr, 16:00
- 962 dəfə oxunub
- 0
Bəhruz Məhərrəmov erməni təxribatlarının qarşısın alarkən yaralanmış hərbçilərlə görüşüb
"Bilesuvarinfo" xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində yazıb:
"Sentyabrın 12-dən 13-nə keçən gecə erməni təxribatlarının qarşısı alınarkən yaralanmış qardaşlarımız Zahid və Mehmanı dünən müalicə aldıqları Mərkəzi Hərbi Klinik Hospitalında ziyarət etdim. Bütövlükdə bizim dairə üzrə yaralıların yekun sayını yalnız bu gün dəqiqləşdirə bildiyimiz üçün digər yaralılarımız və onların valideynləri ilə bir az öncə hələlik telefonla danışdım, növbəti həftə ərzində isə onları da şəxsən ziyarət edəcəyəm. Ümumilikdə durumlarına gəlincə, bir nəfərin yarası nisbətən ağır olaraq qalsa da şükürlər olsun ki, digərlərinin vəziyyəti yaxşıdır. Bu mənada göstərdikləri yüksək diqqətə görə həkimlərimizə təşəkkür edir, bütün yaralılarımıza isə Allahdan şəfa diləyirik".