Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Şəhid Elvin Mürşüd oğlu Kərimovun doğum günü qeyd olunub


Şəhid Elvin Mürşüd oğlu Kərimovun doğum günü qeyd olunub

13 sentyabr 2023, Çərşənbə
650
0
Sentyabr  ayının 13-də Biləsuvar rayon Çaylı kəndində Vətən müharibəsinin şəhidi Kərimov Elvin Mürşüd oğlunun anadan olmasının 38-ci il dönümü münasibətilə ata yurdunda mərasim təşkil edilmişdir. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, partiya fəalları, Şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə qəhrəman Şəhidimizin  şərəfli döyüş yolundan söz açılmış xatirəsi yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan Şəhidlərimizin xatirəsinin daima əziz tutulacaq, dövlətimiz hər zaman Şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Daha sonra kənd qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olmuş şəhid Kərimov Elvin Mürşüd oğlu 13 sentybar 1985-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Suqovuşanın azdlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 10 oktyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidimiz ailəli olub, 3 övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Kərimov Elvin Mürşüd oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Hazırda Çaylı kənd küçələrindən biri – şəhidin yaşadığı küçə Elvin Mürşüd oğlu Kərimovun adınadır.

Allah rəhmət eləsin!

Müzakirə edin

Həmçinin oxuyun:

Şəhidlərin doğum günündə xatirələri anılıb
07 sentyabr 2023, Cümə axşamı
Şəhidlərin doğum günündə xatirələri anılıb
Şəhid leytenant doğum günündə anılıb
22 iyun 2023, Cümə axşamı
Şəhid leytenant doğum günündə anılıb
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan