- 5 avqust, 21:42
- 2 146 dəfə oxunub
- 0
Həzrət Əzizli VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibi oldu
"Bilesuvarinfo" xəbər verir ki, o, finalı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin azyaşlı qrup üzrə müsabiqədə birincilik əldə edib.
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.
Qeyd edək ki, Həzrət Əzizli Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub, hazırda ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır.
O, musiqi sahəsində ilk addımlarını yaşadığı, Mərdəkan qəsəbəsindəki Xəzər rayon, "Bülbülcan" adına musiqi məktəbində atıb. Sonra musiqi təhsilini 24 nömrəli onbirillik musiqi məktəbində davam etdirib.
2019 - cu il Həzrət Əzizli üçün xüsusilə əlamətdar olub. Belə ki, o, çoxdan arzuladığı Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasına - xanəndə ixtisası üzrə (Aytən Məhərrəmovanın sinfinə) qəbul olunub.
Çox duyğusal, kövrək qəlbli, əsasən yaşlı insanlara qarşı çox həssas olan Həstət muğamı olduqca çox sevir, onsuz həyatını təsəvvür belə edə bilmir. Müəllimi Aytən Məhərrəmovadan muğamlarımızın sirlərini böyük həvəslə öyrənir. Şuşa şəhərində “Mənim atam Qəhrəmandır” devizi altında şəhid övladları ilə keçirilən tədbirlərdə fəal iştirakına görə Həzrət Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Fəxri fərmana layiq görülüb.