15 illik fasilədən sonra, qazılması yenə yubanır.. .

“Bilesuvarinfo”ya bu haqda danışan sakinlərin sözlərinə görə, Biləsuvar şəhərindən də keçən şor kollektorunun qazılması sonuncu dəfə 2007 - ci ildə olub. Kollektorun təmizlənilməsi ilə bağlı təkrar müraciətlərimiz, həmçinin kollektorda baş verən yanğının kollektora bitşik ərazisində olan qəbiristanlığa keçməsi, nəhayyət əlaqədar qurumları hərəkətə gətirdi. Qəbristanlıq ətrafı qismən qazıldı (məzarların kollektorun qorunma zolağında olması səbəbindən). 2021 - ci ilin oktyabırından Biləsuvar şəhərinin cənub istiqamətində qazılan şor kollektorunun əsaslı təmizlənilməsinə başlanılır, ancaq iş sonacan tamamlanmır. Şəhər mərkəzi istiqamətində 1 kilometirdən artıq məsafədə kollektor təmizlənilmir. Artıq üstündən 7 aya yaxın zaman keçməsinə baxmayaraq (ötən ilin dekabırında iş dayandırılıb), hələ də bu işlə maraqlanan yoxdur.

Məsələ ilə bağlı əlaqədar qurumların münasibətini öyrənməyə çalışdıq. İmişli Kollektorlar İdarəsinin Biləsuvar rayonu üzrə nümayəndəsi Fəttah müəllim bu haqda danışarkən bildirdi ki, işlərin görülməsi layihə üzrə həyata keçirilir. Keçirilən tenderin nəticələrinə müvafiq olaraq, yaxın vaxtlarda kollektorun təmizlənilməsi davam etdirilərək, iş tamamlanacaq.



Müzakirə edin
Həmçinin oxuyun:

02 iyun 2022, Cümə axşamı
Taxıl biçinin təhlükəsiz və optimal müddətdə başa çatdırılması ilə bağlı müşavirə keçirilib - FOTOLAR
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.