Masallı rayonunda kənd təsərrüfatının inkişafı, ənənələrin yaşadılması və aqrar sahədə innovativ texnologiyaların təşviqi məqsədilə Çəltik və Düyü Festivalı və toxum sərgi-satış yarmarkası təşkil olunub."BİLESUVARİNFO.AZ" xəbər verir ki, tədbir çərçivəsində həmçinin mövsümün növbəti toxum sərgi-satış yarmarkası keçirilib. Fermerlərin rayonlaşdırılmış, sertifikatlı toxumlara əlçatanlığını təmin etmək və aqrar sektorda keyfiyyətli toxum istehsalını təşviq etmək məqsədilə təşkil edilən sərgi-satış yarmarkasında geniş çeşiddə toxum nümunələri nümayiş olunub.
Yarmarka çərçivəsində fermerlərə əkin prosesində aqrotexniki qaydaların tətbiqi, torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçimi və düzgün qulluq tədbirləri barədə də geniş məlumat verilib. Fermerlərə bölgənin torpaq və iqlim şəraitinə uyğun yumşaq buğdanın “Yubiley-90”, “Ləyaqətli-80”, “Lider”, “Gaudio”, “Esperia”, bərk buğdanın “Göytəpə”, “Rəvan”, arpanın “Cəlilabad-19”, “Dəyanətli” sortlarının istifadəsi tövsiyə olunub. Bildirilib ki, bu sortlar məhsuldarlığın yüksəldilməsi ilə yanaşı, yerli şəraitə yüksək uyğunlaşma qabiliyyəti ilə də seçilir.
Məlumat üçün bildiririk ki, "Çəltik və Düyü Festivalı və Toxum sərgi-satış yarmarkası"nda rayonlaşdırılmış, sertifikatlı toxumlara əlçatanlığını təmin etmək və aqrar sektorda keyfiyyətli toxum istehsalını təşviq etmək məqsədilə Biləsuvarlı toxumçulardan
Mirsahib Zəkiyev və
Ramiz Əliyev tərəfindən geniş çeşiddə toxum nümunələridə nümayiş etddirilmişdir.
