Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda taxıl biçininin təhlükəsiz və optimal müddətdə başa çatdırılması ilə bağlı təlim keçirildi


Biləsuvarda taxıl biçininin təhlükəsiz və optimal müddətdə başa çatdırılması ilə bağlı təlim keçirildi

08 may 2024, Çərşənbə
1 204
0
"BİLESUVARİNFO" xəbər verir ki, Biləsuvar DAİM-in Texniki Nəzarətin Təşkili üzrə əməkdaşı və Aqrar Xidmətlər Agentliyinin Regional Aqrar Təlim Mərkəzinin əməkdaşları tərəfindən “Aqroservis” ASC-nin Cəlilabad Regional Nümayəndəliyinin Biləsuvar Rayon Bölməsində taxıl biçininin itkisiz və optimal müddətdə təhlükəsiz başa çatdırılması, habelə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi ilə əlaqədar mühəndis-texniki işçilərə və mexanizatorlara təlim keçirildi.

Tədbirdə bu sahədə calışan mühəndis - texniki işçilər və sürüçü-mexanizatorlar təhlükəsizlik qaydaları ilə bir daha təlimatlandırıldı. Mexanizatorların idarə etdikləri traktor və taxılyığan kombaynlar üzrə idarəetmə dərəcələrinin uyğunluğunun vəziyyəti yoxlanıldı. 

Sonda mühəndis-texniki işçilər və mexanizatorlara texniki təhlükəsilik üzrə təlimat bukletləri paylanıldı.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan