Geri qayıt Çap et

Biləsuvarda pambıq yığımının təhlükəsiz və optimal müddətdə başa çatdırılması ilə bağlı təlim keçirildi

Biləsuvar rayonunda pambıq yığımının itkisiz və optimal müddətdə təhlükəsiz başa çatdırılması, habelə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi ilə əlaqədar mühəndis-texniki işçilərə və mexanizatorlara təlim keçirildi.

"BİLESUVARİNFO" xəbər verir ki, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkili üzrə baş məsləhətçisi Rəşadət Əskərov və Aqrar Xidmətlər Agentliyinin Aqrar  Təlim Mərkəzinin Salyan Regional Təlim Mərkəzinin əməkdaşları İsmayılov Şükür, İsmayılov Seymur və Qədirov Ülvi tərəfindən “Aqroservis” ASC-nin Cəlilabad Regional Nümayəndəliyinin Biləsuvar Rayon Bölməsindən pambıqyığan maşınlar və digər texnikalar icarəyə götürən "P Aqro" MMC-nin Biləsuvar filialında calışan mühəndis - texniki işçilər və sürüçü-mexanizatorlar təhlükəsizlik qaydaları ilə bir daha təlimatlandırıldı. Bununla bərabər traktor və pambıqyığan maşınları idarə edən mexanizatorların traktorçu-maşinist sürücülük vəsiqəsində icazə verilən kateqoriyaların uyğunluğunun vəziyyəti yoxlanıldı. 

Sonda mühəndis-texniki işçilər və mexanizatorlara texniki təhlükəsilik üzrə təlimat bukletləri paylanıldı.