Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Son 10 ildə ilk dəfə olaraq Biləsuvarda suvarmada problem yaranmayıb


Son 10 ildə ilk dəfə olaraq Biləsuvarda suvarmada problem yaranmayıb

02 oktyabr 2024, Çərşənbə
913
0
Cari il suvarma mövsümündə 46 274 hektar sahədə suvarma işləri aparılıb.

Bu barədə "Bilesuvarinfo"ya Biləsuvar Su-Melorasiya Sistemləri İstismarı İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, 1 923 hektar sahədə təkrar əkin aparılıb və həmin sahələr suvarılıb. Cari ilin 8 ayı ərzində idarə tərəfindən su mənbələrindən 216,7 milyon kubmetr su alınıb. Su ayrıclarından da 140,8 milyon kubmetr su verilib.

2015-ci ildən başlayaraq havaların quraq keçməsi ilə əlaqədar olaraq rayonda su qıtlığı yaşanıb. Lakin buna baxmayaraq sudan səmərəli və qənaətli istifadə olunub. Rayonun əkin sahələrinin suvarılmasına xidmət edən Maşın qolu və Köhnə Cənubi Muğan su kanallarına su növbəlilik əsasında verilib.

Amma cari il ərzində suvarma işlərində çətinliklər olmayıb, hər iki kanalda əvvəlki illərdən fərqli olaraq su kanallara fasiləsiz verilib. Nəticədə suvarma işlərində heç bir problem olmayıb.

Hazırda növbəti suvarma mövsümü üçün işlər görülür.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan