» » Faiq Qürbətov pambıq sahələrinə baxış keçirib


Faiq Qürbətov pambıq sahələrinə baxış keçirib


Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov pambıq sahələrinə baxış keçirib.

"Bilesuvarinfo"
xəbər verir ki, Biləsuvar həmişə respublikamızın aparıcı aqrar rayonlarından biri olmaqla, daha çox pambıqçılıq ənənələrinin inkişafına görə tanınıb. Bu sahə həm də əhalinin məşğulluğunun təminatında böyük rol oynayır.

Ölkə Prezidentinin pambıqçılığın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər nəticəsində son illər rayonda mülkiyyətçilər tərəfindən bu sahəyə maraq daha da artmışdır. Bu il rayonda 6745,8 hektar sahədə çiyid səpini aparılmışdır. 

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov pambığın  suvarılması, çıxışı  və aqrotexniki qulluq göstərilməsi vəziyyəti ilə  yerində tanış olmaq məqsədi ilə rayon mütəxəssisləri ilə birlikdə  pambıq sahələrinə baxış keçirmiş və bu sahəyə məsul şəxsləri dinləmişdir.

İcra başçısına məlumat verilmişdir ki, bu il pambıqçılarımız  1980 hektar sahədə “Azərpambıq” MMC ilə, 1727 hektar sahədə “Cotton Trade” MMC ilə, 1435.0 hektar sahədə “MKT İstehsalat Kommersiya” MMC ilə, 1000 hektar sahədə “P-Aqro” MMC ilə və 603,8 hektar sahədə isə “Aztəsərrüfat” MMC ilə müqavilə bağlayaraq əkin aparmışlar.  

Qeyd olunmuşdur ki, bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilmişdir.Nəticədə əkilən 6745,8 hektar sahədən tam olaraq bitkinin çıxışı alınmış və pambıq sahələrində becərmə işlərinə başlanılmışdır.

Görüşdə fermerləri narahat edən məsələlər müzakirə olunub, icra başçısı onların suallarına cavablandıraraq hər bir mülkiyyətçiyə məhsulun becərilməsi və yığımında uğurlar arzulayıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR