- 29 dekabr, 21:19
- 739 dəfə oxunub
- 0
Bu binaların təmirinə başlanılıb
“Bilesuvarinfo” xəbər verir ki, yenidənqurma işləri görülən binalar - Biləsuvar şəhərinin Heydər Əliyev küçəsində yerləşən 9, 11, 12 və Təyyarə meydanı adlanan yeni yaşayış massivində, Qarabağ Müharibəsi şəhidlərinin ailələri və əlillərinin yaşadığı 16 A saylı binadır.
Belə ki, təmir zamanı binaların pilləkən qəfəsləri və fasadları təmir olunur, dağılan bəzi divarlarda suvaq işləri görülür və rənglənir. Binaların giriş bloklarına üzlük daşlar döşənir və dəmir qapılar quraşdırılır.
“Aparılan bu işlər növbəti ildə də davam etdiriləcək. Təmir işləri başlayan gündən rayon rəhbəri mütəmadi olaraq binalarda görülən işlərlə maraqlanır, lazımi tapşırıq və tövsiyələrini verir.” Biləsuvar Rayon İcra Hakimiyyətinin “Memarlıq və tikinti” şöbəsindən bu haqda məlumat verilərkən vurğulanmışdır.