
“Bilesuvarinfo” ya bu iddia ilə müraciət edən kənd sakini Həsənov Hamil Mirzəbəy oğlu bildirir ki, bu proses iki ildir davam edir: “ Kəndin su təminatında rolu olan su həmin yerdən yolun altında yerləşdirilən burudan axır. Bu haqda kənd rəhbərliyi məlumatlı olsa da, problem hələ də aradan qaldırılmır. Yol da dağılıb, çökmə olub.”
O, bildirir ki kəndin mərkəzindən kecən asfalt yolu altından kecən hissəsindəki bu vəziyyət kəndin su təminatına da mənfi təsir göstərir.

Anacaq idarə rəsmiləri borunun yenisi ilə əvəzlənəcəyi ilə bağlı söz versələr də, buna əməl etmirlər.